AZ

“Ailənin təzyiqi ilə “namusun bərpası” məqsədilə zorakı nikaha məcbur edilən qızlarda...”

Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı Əfsanə İmanovanın toyundan bir gün sonra qəfil ölümü müzakirələrə səbəb oldu. 17 yaşlı qızın müayinə zamanı 7 aylıq hamilə olması və valideynlərinin bunu gizlətmək üçün ona toy etməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Ə.İmanovanın atası isə mətbuata açıqlamasında qızının hamilə olmasından xəbərsiz olduğunu bildirib. 

Məsələylə bağlı Adalet.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, məcburi erkən nikah qurbanı olan qızlarda itaətkarlıq, özünə qapanma və qərarsızlıq kimi davranışlarla yanaşı, fərdi iradənin basdırılması və şəxsi qərarvermə imkanlarının məhdudlaşdırılması müşahidə olunur:

“Zorakılıq və cinsi təcavüzə məruz qalan, daha sonra isə ailənin və ya icmanın təzyiqi ilə “namusun bərpası” məqsədilə zorakı nikaha məcbur edilən qızlarda müşahidə olunan psixoloji portret travma sonrası dissosiativ əlamətlərlə - yəni emosional donuqluq, bədənlə əlaqənin itməsi, reallıqdan ayrılma halları və şəxsiyyətin parçalanması ilə xarakterizə olunur. Bu vəziyyət onları həm daxili, həm də sosial cəhətdən dərin izolyasiyaya sürükləyir. 

Emosional baxımdan belə qızlar öz bədənlərinə qarşı diksinmə və uzqlaşma hissi ilə yaşayır, bu isə cinsi zorakılığın nəticəsi olaraq bədən orqanının pozulması və seksual identitetlə bağlı inkar reaksiyalarına səbəb olur. Paralel olaraq, zorakılığı törədən şəxsə qarşı qəzəblə yanaşı, ailəyə və cəmiyyətə qarşı da dərin kin, xəyanət hiss və emosional  inamsızlıq formalaşır. Tez-tez müşahidə olunan digər hallar sırasına ümidsizlik, dəyərsizlik hiss və həyatın mənasız görünməsi kimi travma sonrası depressiv simptomlar daxildir”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
3
1
adalet.az

2Mənbələr