AZ

Hazır olun, azərbaycanlılar İrəvana gəlirlər - Simonyan

“Dünən Ermənistanda Avronestin iclası başa çatdı. Həmkarımla görüş zamanı o söylədi ki, mən bunu çatdırım: onların Azərbaycan gəlməsi ilə bağlı heç bir problem yoxdur, iclasa qatılmamaq tamamilə həmin qurumla əlaqədar bir məsələdir və onlar bizimlə əməkdaşlıq və qarşılıqlı səfərlər baxımından heç bir problem görmürlər”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib.

Türkiyə və Azərbaycan nümayəndələrinin Ermənistanda keçirilən iclasa qatılmamasının səbəbləri barədə jurnalistlərin sualını erməni spiker belə cavablandırıb:

“Biz bütün nümayəndələrin iştirakından danışırıq, siz isə Azərbaycan və Türkiyənin, yəni qonşularımızın iştirakını ayırırsınız. Məncə, qonşularımızı ayırmaq düzgün deyil, çünki onlar bizim qonşularımızdır. Kim iştirak edir-etsin, qonşularımız d iştirak etməlidir”.

O qeyd edib ki, burada başqa bir məna görmək lazım deyil, çünki belə olsaydı, Azərbaycan bu rəsmən bəyan edərdi.

Simonyan həmçinin bildirib: “Hazır olun, hörmətli xalq, Azərbaycan nümayəndə heyəti Ermənistana gələcək, Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edəcək. Əlbəttə, müzakirə olunmalı məsələlər var. Buna baxmayaraq, ünsiyyət davam edəcək və biz bu əlaqələri daha da dərinləşdirəcəyik, Azərbaycan tərəfi də eyni xətdədir”.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr