AZ

Ekspert: Direktorların işə qəbulu üçün çoxpilləli sistem zəruridir

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Testlərlə kifayət etmir, obyektivlik sual altındadır

Finlandiya təcrübəsində direktor namizədləri üçün minimum 10 illik pedaqoji təcrübə tələb olunur

Məktəblərə direktor seçimi qaydalarına dəyişiklik edilib. Əsaslı, köklü dəyişikliklər olmasa da, müəyyən fərqlilik var. Nədən ibarətdir bu fərqlilik? Məlumata görə, ümumi təhsil sistemində idarəetmənin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə bu ildən etibarən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeni yanaşmalar əsasında təşkil olunur. Yeni qaydalar əsasında proses məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına xidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada, müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçim aparılacaq. Namizədlərin idarəetmə, liderlik və strateji düşünmə qabiliyyətləri isə müsahibə mərhələsində qiymətləndiriləcək. Müsabiqə mərhələli şəkildə həyata keçiriləcək ki, bu da daha çox namizədlə keyfiyyətli müsahibələrin aparılmasına və onların peşəkar, həmçinin şəxsi kompetensiyalarının geniş qiymətləndirilməsinə imkan yaradacaq. İlkin mərhələdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən 80-ə yaxın vakant direktor vəzifəsi müəyyənləşdirilib. Namizədlərə bildirilir ki, bütün vakant yerlər mərhələli qaydada elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata keçiriləcək. Direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci il saat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor portalı vasitəsilə aparılacaq. Yeni qaydalar məktəb rəhbərliyinə öyrənən və öyrədən liderlərin gətirilməsini, peşəkar müəllimlərin karyera inkişafı üçün real imkanların yaradılmasını, eləcə də şagird nailiyyətlərinə birbaşa təsir edən idarəetmə mühitinin formalaşdırılmasını təmin edəcək.

Ümumi təhsil müəssisələrinə rəhbər heyətin işə qəbulu ilə bağlı yeni yanaşmaların tətbiq olunacağını elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinqdə bəyan etmişdi. Nazir qeyd etmişdi ki, direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı əsas meyarlardan biri kimi qəbul edilib. Vakant direktor vəzifələri müəssisələrin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq. Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək. Şagird sayı 500-dən çox olan müəssisələrə, eləcə də lisey və gimnaziyalara direktor seçimi zamanı ilk mərhələdə şagird sayı az olan müəssisələrin direktorlarının müsahibə nəticələrinə əsasən yerdəyişməsi nəzərdə tutulur. Növbəti mərhələdə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər arasında seçim aparılması nəzərdə tutulur. Daha sonra isə digər müəssisələrdə çalışan direktor müavinləri və müəllimlər üçün imkan yaradılacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə isə Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə, sertifikatlaşdırma prosesində toplanılan nəticələr nəzərə alınacaq. Qurum rəsmisi bildirib ki, hazırda 600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boşdur. 

Təhsil mütəxəssisləri isə hesab edir ki, məktəb direktorlarının yeni qaydaya görə müsahibə mərhələsində seçilməsi subyektiv yanaşma və əvvəlcədən razılaşdırılmış nəticələrin ortaya çıxmasına səbəb olacaq. Ola bilər, yeni qaydalarda nəzərdə tutulan müsahibə mərhələsi məktəb direktorluğuna iddialı şəxslərin idarəetmə bacarığı, intellektual səviyyələri, təşkilatçılıq qabiliyyəti və sair keyfiyyətləri üçün yaxşı imkandır. Amma ölkəmizdə hələ də tanışlıq, tapşırıq, vəzifəli şəxslərin xahişi, hətta göstərişi, bəlkə də, rüşvət amilinin hələ də əhəmiyyətli rol oynadığı mühitdə müsahibə zamanı subyektivliyə yol  verilməyəcəyinə təminat varmı? Yenə də insan amili önə çıxır. İnsan amilini görməzdən gəlmək olmaz, amma təbii ki, əgər ədalətli baxış olacaqsa.       Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirdi ki, müsahibə mərhələsində obyektivliyə tam əməl olunacağı sual doğurur: 

Seçilən
43
sherg.az

1Mənbələr