Bakı. Trend:
Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə, ölkəmizinzəngin biomüxtəlifliyinə, eləcə də iqlim dəyişikliyinin ətrafmühitə və xüsusilə Xəzər dənizinə olan təsirlərinə həsr olunmuşfoto sərgi nümayiş etdirilib.
Trend xəbər verir ki, sərgi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,COP29 Prezidentliyi və Azərbaycanın Fransadakı Səfirliyinin birgəəməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbir iştirakçıları, o cümlədən beynəlxalq nümayəndə heyətlərisərgi ilə yaxından tanış olublar. COP29 Prezidenti və Azərbaycanıniqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərəkölkəmizin yaşıl inkişaf strategiyası, ekoloji bərpa və iqlimdiplomatiyası istiqamətində həyata keçirilən təşəbbüslər barədəməlumat verib.
 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 