AZ

Tyaqo Motta A Seriyasına qayıtmağa yaxındır

"Yuventus"un və "Bolonya"nın sabiq baş məşqçisi Tyaqo Motta yenidən A Seriyasında çalışmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabı üzərindən yayıb.

Mənbənin məlumatına görə, o, "Fiorentina"nın "radar"ına düşüb. "Bənövşəyilər"in rəhbərliyi zəif nəticələrə görə Stefano Piolini qovmağa hazırlaşır. Bu üzdən onun potensial varisləri araşdırılır. Bu mənada Motta Piolinin xələfi olmağa əsas namizəddir. Klub Daniele De Rossi, Paolo Vanoli və Alessandro Nestanın mümkün təyinatını da nəzərdən keçirir.

“Fiorentina” 9 matçdan sonra 4 xalla A Seriyasının turnir cədvəlində sonuncudan ikinci - 19-cu yerdədir. Komanda bu mövsüm liqada qələbə qazana bilməyib.

Mirağa

Seçilən
3
2
fanat.az

3Mənbələr