AZ

İTV də piyadavurma hadisələri müzakirəyə çıxarıldı: “Həmişə sürücü günahkar deyil” VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı İctimai Televiziyanın İTV-nin “Sabaha saxlama” verlişində piyadavurma hadisələrində daha çox sürücülərin cəzalanması məsələsinə münasibət bildirib.

Avtosfer.az xəbər verir ki, Elməddin Muradlının fikrincə, bir çox hallarda sürücülərin günahkar çıxması Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinin verdiyi rəylə baş tutur:

“Ona görə Elməddin Muradlı Ədliyyə Nazirliyinə müraciət edərək bildirib ki, məhkəmə ekspertlərinin süni intellektlə, müasir texnologiyalarla işləməsi və beynəlxalq təcrübəyə yiyələnməsi olduqca vacibdir. Çünki onların verdiyi rəy insanların həyatına təsir göstərir.

Bəzən otaqlarda verilən şablon rəy əsasında sürücülərin həyatı qaralır. Ona görə də bu məsələlərə diqqətlə yanaşılmalıdır”.

Elməddin Muradlı həmçinin bildirib ki, məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi törətmiş sürücülərə verilən yüngül cəzaları Baş Prokurorluq qəbul etmir və protokol verərək daha ağır cəzaların tətbiq olunmasını istəyir:

“Bu qəzalar təbii ki, bir yerdə törədilmir. Ona görə də bir mənalı olaraq sürücülərin günahkar çıxarılması və yalnış rəylər əsasında onlara məhkumluq həyatı yaşadılması düzgün deyil.

Belə hadisələr mütləq obyektiv şəkildə araşdırılmalıdır və piyadavurma ilə bağlı yol-nəqliyyat hadisələrinə yanaşma dəyişməlidir”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
avtosfer.az

1Mənbələr