AZ

Tramp administrasiyası qaçqın qəbulunu kəskin azaldır

ABŞ aministrasiyası fevral ayında afrikalılar üçün proqramını elan edərək bildirib ki,  Cənubi Afrikada ağ fermerlər öz evlərində ayrı-seçkilik və zorakılıqla üzləşirlər. 

Məlumatı “Euronews” verib.

Tramp administrasiyası ağdərili Cənubi Afrikalılara üstünlük verərək, hər il qəbul edilən qaçqınların sayını 7500-ə qədər məhdudlaşdırır. Bu rəqəm Birləşmiş Ştatlar əvvəllər bütün dünyada müharibə və təqiblərdən qaçan yüz minlərlə insanı qəbul etdikdən sonra kəskin azalıb. 

Respublikaçı administrasiyası bu barədə cümə axşamı Federal Reyestrdə məlumat dərc edib. 

Qeyd edək ki, demokrat prezident Co Baydennin dövründə (keçən il)  bu rəqəm 125 000 nəfər olub.

Məlumatda bildirilir ki, 2026-cı maliyyə ilində 7500 qaçqının qəbulu “humanitar əsaslarla və ya başqa şəkildə milli maraqlara uyğundur”.

P.Əmircanov
XQ

 

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr