ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp son həftələr ərzində Ukrayna münaqişəsinə yanaşmasını yenidən nəzərdən keçirib və daha Kiyevi elə də təkidlə dəstəkləmir. Bununla da avropalı müttəfiqləri arasında narahatlıq yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat verib.
Ağ Evin rəhbəri Rusiya və Ukraynanı atəşkəsə məcbur etməkdən vaz keçib və onun danışıq tonu yenidən yumşaldıb.
"Prezident Donald Trampın Ukraynaya münasibətdə tonu son həftələrdə çox yumşalıb . Belə görünür, Tramp Kiyevə kömək etməyə daha az çalışır və ya münaqişənin dayandırılmasına məcbur etməkdə elə də maraqlı deyil", - deyə nəşr yazır.
Trampın hərəkətləri, o cümlədən ABŞ hərbçilərini Rumıniyadan geri çağırması, Kiyevə "Tomahawk" qanadlı raketlərini verməkdən boyun qaçırması ABŞ-nin tərəfdaşları arasında çaşqınlıq yaradır.
"Tramp güc vasitəsilə sülhə can atdığını bəyan etsə də, onun son addımları və ritorikası qeyri-müəyyənlik yaradır, müttəfiqlərini gələcəkdə hansı siyasətin üstünlük təşkil edəcəyi barədə düşünməyə məcbur edir", - deyə telekanal bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        