AZ

Bu hallarda özlərinə də vəkillik edəcəklər

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Vəkillərə yeni hüquqlar verilməsi ilə bağlı təklif edilən dəyişiklik təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bundan əlavə yeni dəyişikliklə vəkillərin vəzifələri də artırılır.

Belə ki, layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil üzvlük haqqını hər ay ödəməli, normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməli, il ərzində minimal icbari tədris saatlarını toplamalı və Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.

Peşə hazırlığı və ixtisasın artırılması üçün vəkillərin tədris tədbirlərində iştirakı da icbari olacaq. Vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

Müzakirələrdən sonra bu məsələ də səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qafqazinfo.az

1Mənbələr