AZ

Çin Müdafiə Nazirliyi ABŞ ilə əməkdaşlığın müsbət nəticə verəcəyinə ümid etdiyinibildirdi

Çin Xalq Respublikasının müdafiə naziri Dun Cün ABŞ-ın Çinlə münasibətlərdə qarşıdurmadan və məhdudlaşdırma siyasətindən imtina edəcəyinə ümid etdiyini bildirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Dun Cün bu fikri ABŞ müdafiə naziri Pit Heqsetlə görüşü zamanı səsləndirib.

“Ümid edirik ki, ABŞ Çinlə birgə çalışaraq regional və qlobal sülhə, eləcə də təhlükəsizliyə müsbət enerji gətirəcək”, - deyə Çin müdafiə naziri qeyd edib.

O əlavə edib ki, Pekin sülh yolu ilə inkişaf siyasətinə sadiqdir və “istənilən təxribatlara sakit və qətiyyətli şəkildə cavab vermək imkanına malikdir”.

Nuriyyə NATİQQIZI

Seçilən
37
1
redaktor.az

2Mənbələr