AZ

ABŞ bu ölkələrdən qoşunlarını çıxarır

ABŞ Bolqarıstan, Macarıstan və Slovakiyada yerləşən qoşunlarının sayını 2025-ci ilin dekabr ayının ortalarına qədər azaltmağı planlaşdırır.

Ölkə.az xəbər verir ki, bu barədə Ukraynanın "Kyiv Post" nəşri NATO ölkələrindəki mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, 2026-cı ildə də ABŞ-nin Şərqi Avropadakı hərbi qüvvələrinin sayının azaldılması davam edə bilər.

Mənbələr iddia edir ki, Vaşinqton, xüsusən də NATO öhdəliklərinin bir hissəsi olaraq hərbi xərcləri artırdıqdan sonra Avropa ordularının özünü müdafiə edə biləcəyinə inanır.

Nəşrdə Şərqi Avropa ölkələrindən neçə ABŞ qoşununun çıxarılacağı və neçəsinin bölgədə qalacağı dəqiqləşdirilməyib.

Həmidə İbrahimova

Seçilən
15
olke.az

1Mənbələr