AZ

Paşinyan II Qareginin istefasının anonsunu verdi

BAKI, 31 oktyabr. TELEQRAF

“Hovhannavank monastırında keçirdiyimiz liturgiya Ktriç Nersisyan (katolikos II Qaregin) rəsmi bəyanatla təhqir sayıb. Təhqir bu deyil, təhqir odur ki, katolikos taxtında oturan şəxs keşişlik andını pozub, məlumatımıza görə, onun övladları var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Təhqir odur ki, Ktriç Nersisyan Ermənistanın mənəvi həyatını çıxılmaz vəziyyətə salıb, katolikos fəaliyyətini ixrac-idxal, pul bölgüsü, alqı-satqı işinə çevirib. Təhqir odur ki, katolikos statusunda olan bir insan Allaha inanmır.

Hovhannavankda ibadəti davam etdirəcəyik, daha (II Qaregin vəzifəsini tərk etdikdən) sonra isə Ana Kilsədə (Eçmiədzin kafedralında – red.)”, - o o əlavə edib.

Xatırladaq ki, keşiş Aram Asatryan oktyabrın 21-də katolikos tərəfindən kilsədən uzaqlaşdırılıb. Asatryan “erməni kilsəsi və rəhbərini ləkələməkdə” ittiham olunub. Bundan sonra o, Eçmiədzin kafedralından alınaraq dövlətin balansına verilən Hovhannavank monastırında fəaliyyətə başlayıb. Ötən bazar günü onun burada keçirdiyi liturgiyada Nikol Paşinyan da iştirak edib.

Ermənistan Baş naziri bundan öncə andını pozan II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını açıqlamış, onu könüllü istefaya çağırmışdı.

Seçilən
12
teleqraf.com

1Mənbələr