Avtosfer.az saytı yolayrıcının keçilməsi ilə bağlı yeni sualı oxuculara təqdim edir.
Bu yolayrıcında avtomobillər hansı ardıcıllıqla keçməlidir?
1) Qırmızı, yaşıl, göy, sarı
2) Yaşıl, göy, sarı, qırmızı
3) Sarı, yaşıl, qırmızı, göy
4) Yaşıl, göy, qırmızı, sarı
5) Qırmızı, sarı, yaşıl, göy
Doğru cavab: 4) Yaşıl, göy, qırmızı, sarı
İzah: Qanunvericiliyə görə, sürücülər nizamlanmayan yolayrıclarında üstünlük nişanlarına uyğun hərəkət etməlidirlər. Nişan olmadığı halda eyni əhəmiyyətli yolların kəsişməsində sağdan gələn nəqliyyat vasitəsi üstünlüyə malik olur. Təqdim etdiyimiz bu fotoda qırmızı rəngli yük avtomobili torpaq yoldan gəldiyi üçün asfalt yola nisbətdə ikinci dərəcəli hesab olunur. Ona görə göy rəngli avtomobil sola dönən zaman sağdan yaxınlaşan yaşıl rəngli avtomobilə yol verməli, daha sonra hərəkət etməlidir. Yaşayış zonasının sonunu bildirən 5.52 nişanı istiqamətindən yola daxil olan sürücü də öz növbəsində yük avtomobilinə yol verməlidir. Çünki "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.
Sualın ilk düzgün cavabını verən adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
 
                        