AZ

Kurban Berdiyev "Şamaxı" ilə ev oyununda neçə futbolçunun xidmətindən məhrumdur?

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Şamaxı"nı qəbul edəcək "Turan Tovuz"un bu mövsüm Tovuzda keçirəcəyi ilk ev oyununa neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib.

"Cəzalı oyunçu yoxdur. David Oliveyra Tavareş zədə səbəbindən "Şamaxı"ya qarşı oynamayacaq".

Qeyd edək ki,  noyabrın 2-də baş tutacaq "Turan Tovuz" - "Şamaxı" qarşılaşmasının start fiti 19:00-da səsləndiriləcək. Hazırda 7 oyuna 18 xalı olan "boz qurdlar" turnir cədvəlinin 1-ci, 10 xala malik "aslanlar" isə 9-cu pilləsində mövqe tutublar.

Nihat

Seçilən
21
fanat.az

1Mənbələr