AZ

“2003-cü ilin ağır şəraitində İlham Əliyevin vədləri ağlasığmaz görünürdü, amma hamısı reallığa çevrildi”

"2003-cü ilin bu günü müzəffər lider cənab İlham Əliyev Konstitusiyanın 103-cü maddəsinə rəhbər tutaraq ilk dəfə dövlət başçısı kimi dövlətin müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Heydər Əliyevin siyasətini davam etdirəcəyinə vəd vermişdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışında bildirdi.

"Vəd vermək siyasətin, siyasətçinin fəaliyyət metodudur və dünya təcrübəsində liderlərə bir qayda olaraq verdiyi vədləri yerinə yetirmək ya tarixi şərait, ya da vədlərin özünün miqyası baxımından müəssər olunur. Açıq desək, 2003-cü ilin tarixi şəraitində Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada, cənab İlham Əliyevin işğala məruz qalmış bir ölkə ilə müqayisədə miqyası hədsiz böyük olan vədlərini yerinə yetirmək ağlasığmaz görünürdü. 2003-cü il məhz 4 oktyabr hadisələri və sonrakı dövrdə çoxsaylı xarici müdaxilə cəhdləri də göstərməkdə idi ki, nəinki dövlətin müstəqilliyi və ərazi bütövlüyü, ümumiyyətlə dövlətin mövcudluğunu davam etdirmək məsələsi sual altında idi.

Üstəlik, hakimiyyət daxilində prezidentliyə iddiaya düşmüş məmurlar, istər hakimiyyət daxilində, istərsə də xaricdən ayrı-ayrı güclər tərəfindən maliyyələşdirilən o zamankı siyasi marionetlərin müəyyən güc qazanması ictimai-siyasi sabitliyi təhdid etməkdə idi. Amma İlham Əliyev hələ o zaman nümayiş etdirdi ki, nəyi nə zaman necə edəcəyini bilir".

Seçilən
20
1
operativmm.az

2Mənbələr