AZ

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılır

Bakı. Trend:

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemiyaradılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemivasitəsilə enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının vəenerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onlarınfəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə,effektivlik potensialının qiymətləndirilməsi, binaların enerjieffektivliyi üzrə pasportlaşdırılmasinin təşkili, habelə məcburienerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin vəqeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrəxidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrəxidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatınyerləşdirilməsi təmin ediləcək.

"İnformasiya əldə etmək haqqında" Qanunla müəyyən edilmiş əldəolunması məhdudlaşdırılan informasiya istisna olmaqla yuxarıdanəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlarictimaiyyət üçün açıqdır və "İnformasiya əldə etmək haqqında","İnformasiya, informasiyalaşdırma ve informasiyanın mühafizəsihaqqında", "Dövlət sirri haqqında", "Fərdi məlumatlar haqqında" və"Elektron imza və elektron sənəd haqqında" qanunların tələblərinəzərə alınmaqla mühafizə və istifadə olunacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)enerji effektivliyinin yüksəldilməsi üçün enerji effektivliyiinformasiya sisteminin əsasnaməsini müəyyən edəcək.

Bununla yanaşı, təşkilati-hüquqi və mülkiyyət olmayaraqformasından asılı məcburi enerji auditi keçirilməli olan təsərrüfatsubyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerjieffektivliyi informasiya sisteminə daxil edilən enerjiistehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerjiistehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı,adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmənömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakınınmiqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dairməlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı,tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqişəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı,vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Bildirilib ki, Enerji Effektivliyi İnformasiya Sistemininbeynəlxalq təcrübəyə uyğun olaraq enerji səmərəliliyinin təminedilməsi sahəsində məqsəd və hədəflərə nail olunması məqsədiləmüəyyən olunmuş vəzifələrin icrasına nəzarət, eləcə də həyatakeçirilən tədbirlər və əldə edilmiş nəticələrin hesabatlılığı,monitorinqi və qiymətləndirilməsi məqsədilə yaradılması nəzərdətutulur.

Müvafiq elektron platformanın yaradılması enerji resurslarındansəmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətinqarşısında duran vəzifələrin daha səmərəli həyata keçirilməsi,vətəndaşların müvafiq sahədə aidiyyəti dövlət orqanları iləəməkdaşlıq imkanının yaradılması, eyni zamanda zəruri məlumatlarıntəqdim edilməsi və əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsbedir.

Sistemin yaradılması bu sahədə informasiyanın şəffaflığınınartırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə vəenerji səmərəliliyi sahəsində qanunvericiliyin effektiv icrasına vəona nəzarət olunmasına xidmət edəcək.

İnformasiya sistemi enerji səmərəliliyi sahəsində dövlətsiyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədəelektron xidmətləri göstərməyə və icra göstəricilərini operativalmağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorununixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək,sistemdə enerji auditorları və enerji auditi təşkilatlarınınreyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakınanəzarət subyektləri hesabatlarını yerləşdirəcəklər.

İnformasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçünenerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyəqənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın vəsair yerləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
3
3
az.trend.az

4Mənbələr