Bakı. Trend:
8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin vəuzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməzgücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub.
Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentinbugünkü plenar iclasında çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, Vətən müharibəsində qazanılmış Zəfərinhərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milliruhumuzun dirçəlişini ifadə edir:
“Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcəiqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarınınhəmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyəthissindədir. Son illərin hadisələri də göstərir ki, yalnızliderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nədemək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarınıbərpa etməyə qadirdir”.
Sədr bildirib ki, işğaldan azad edilmiş bölgələr bu gün özhəyatının yeni quruculuq dövrünü yaşayır:
“Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburiköçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insantarixi torpaqlarında dinc həyata başlayıb. Prezident İlham Əliyevvə Birinci vitse-prezident Mehriban Əliyevanın azad edilmişərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı Qarabağı vəŞərqi Zəngəzuru dirçəliş və yeni həyatın rəmzinə çevirib”.
S.Qafarova əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinə sonqoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaqüçün sülh danışıqları başlanıb.
“Həm də bu danışıqlar Azərbaycan Respublikasının irəli sürdüyüprinsiplər əsasında aparılıb. Avqustda Vaşinqtonda əldə olunmuşrazılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekunmərhələsini təşkil edib. Cənubi Qafqaz regionunda uzunmüddətlisülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb. İnamlasöyləmək olar ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlikşəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlərqazanacaq”, - deyə o fikrini tamamlayıb.