Bakı. Trend:
Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalqtəşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Həkəri çayınınZəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəridəmir yolu stansiyası ilə tanış olublar.
Trend xəbərverir ki, diplomatik korpusun nümayəndələri burada görülən işlər,dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmişvə gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilibki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan MuxtarRespublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkibhissəsi olacaq.
Qeyd edək ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdanümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.
Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azadolunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-cisəfəridir.