AZ

"Qarabağ"ın rəqibi qışda iki yeni oyunçu ilə güclənəcək

“Liverpul” yeni transfer reallaşdırmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı “Indykaila News” yayıb. 

Mənbənin məlumatına görə, Merseysayd təmsilçisi qışda iki yarımmüdafiəçi almağı planlaşdırır. Yanvarda “Real Madrid”ə keçidi gündəmdə olan Aleksis Makallisterin mümkün gedişi "qırmızılar"ı indidən hazırlıq görməyə vadar edir. 

Arne Slotun baş məşqçisi olduğu komanda mövsümə inamsız başlayıb. Son çempion 9 turdan sonra hazırda Premyer Liqada 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun gələn il yanvarın 29-da İngiltərədə keçiriləcək.

Seçilən
3
1
fanat.az

2Mənbələr