AZ

İlham Əliyev Böyük Ermənistan mifini məhv etdi Deputat

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

22 illik yaxın tarixə nəzər yetirsək, birmənalı şəkildə deyə bilərik ki, ötən dövrün hər günü İlham Əliyev bizi ümummilli məqsədlərə daha da yaxınlaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirb ki, Prezident İlham Əliyev dövlət içində dövlət qurmaq istəyən xainlərə və səfirliklərdə bir bakal alma şirəsi müqabilində narıncıya boyadılmış radikal klounlara meydan vermədi:

“Əksinə milli iradəni tarixin heç bir dövründə olmadığı qədər iqtidar sahibi etdi. Bütün maneələrə baxmayaraq əzmlə həyata keçirdiyi strategiya nəticəsində siyasi müstəqilliyin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ordu və müdafiə sənayesi quruculuğu bizi böyük hərbi-siyasi zəfərə daşıdı. Beşinci ildönümünü qeyd etdiyimiz bu zəfərlə isə İlham Əliyev mövcudiyyət tariximizdə ilk dəfə hər kəsi, xüsusən on illiklər boyu bizi hesaba almayanları, istehza ilə məğlubiyyətə göz yummağı çağıranları, barəmizdə bizsiz qərar verənləri bizimlə hesablaşmağa vadar etdi, təcavüzkar “böyük Ermənistan” mifini qırmaqla Cənubi Qafqazda sülhü sabitliyi təhdid edən situasiyanı aradan qaldırmış oldu”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
globalinfo.az

1Mənbələr