Bakı. Trend:
Türkiyənin "Gama Reklam Sanayi ve Ticaret Anonim Şirketi"Azərbaycan bazarında fəaliyyətini bərpa etməkdə maraqlıdır.
Bunu Trend-əaçıqlamasında İstanbul Sənaye Palatasının (İSO) məclis üzvü, "GamaReklam Sanayi ve Ticaret Anonim Şirketi"nin rəhbəri Mehmet Özbakırdeyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında əvvəlcədənqardaşlıq əlaqəsi mövcuddur, həmçinin iqtisadiyyatları bir-birinidəstəkləyəcək vəziyyətdədir:
"Mən Azərbaycandakı inkişafı çox yaxşı müşahidə edirəm. ƏgərTürkiyə öz sənaye təcrübəsini buraya daşısa, Azərbaycandan isədigər ölkələrə ixrac həyata keçirilə bilər və bu, ölkənininkişafına töhfə verə bilər. Mən bu vəziyyəti çox müsbətqiymətləndirirəm".
M. Dəmirəl təmsil etdiyi şirkət barəsində də danışıb vəAzərbaycanda fəaliyyətlərinin bərpa edilməsinə çalışdıqlarınıvurğulayıb:
"Biz yanacaqdoldurma məntəqələri tikirik və korporatividentifikasiya tətbiqləri həyata keçiririk. Azərbaycanda daəvvəllər fəaliyyət göstərmişik, amma hazırda çalışmırıq. Əvvəllərbp (British Petrol) şirkəti ilə əməkdaşlıq etmişik və dünyanın birçox ölkələrində onunla işləyirik. Azərbaycanda da onlarınlayihələrini həyata keçirmişik, yanacaqdoldurma məntəqələrinitikmişik. Biz yenidən Azərbaycanda şirkətimizin fəaliyyətini bərpaetmək istəyirik. Bizim buraya gəlmək məqsədimiz əməkdaşlıq qurmaqvə şirkətin fəaliyyətini inkişaf etdirməkdir. HəmçininAzərbaycandakı həmkarlarımızla birlikdə yeni iş imkanları yaratmaqistəyirik".
Məclis üzvü, həmçinin Azərbaycan bazarının potensialını dadəyərləndirib:
"Burada hər şey mümkündür, çünki Azərbaycan inkişaf edir.İnkişaf isə daha çox iş imkanları deməkdir. Biz bütün dünyaölkələri ilə əməkdaşlıq edirik və Azərbaycanda da yeni layihələrhəyata keçirə bilərik".
"Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyarddollara çatdırılması hədəflənir və bununla bağlı addımlar atılır.Azərbaycan üçün bu böyük bir büdcə sayılmır, çünki burada işadamları çox həvəsli fəaliyyət göstərirlər və dövlət tərəfindəndəstəklənirlər. Müxtəlif sahələrdə sənaye zonaları yaradılır, özəlsektor inkişaf etdirilir. Bir sözlə, qarşıya qoyulan hədəfi qısazamanda əldə etmək mümkündür", - deyə M. Dəmirəl əlavə edib.