Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidməti (ETX) kibertəhlükəsizlik sahəsində beynəlxalqəməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davametdirir.
Trend xəbərverir ki, bu məqsədlə ETX və Malayziyanın Milli CERT-i arasındaonlayn formatda Anlaşma Memorandumu imzalanıb.
Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsinitəşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərənmütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədidaşıyır.
Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərininqarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıltəcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər vəinnovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.
Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiyatəhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində stratejitərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobaltəşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüməhəmiyyət kəsb edir.
 
                        