"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində 5 oyunu qalıb.
Offsideplus.az "Football Meets Data" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin qalan matçlarda ən yüksək qələbə ehtimalı "Ayaks"la oyundadır.
Portalın hesablamalarına görə, Qurban Qurbanovun yetirmələrinin bu görüşdə qalibiyyət şansı 39 faizdir.
Daha sonra ən yüksək şans "Ayntraxt"la qarşılaşmadır - 28 faiz.
Ən az ehtimal isə 3 faizlə "Liverpul" səfərindədir.
Ötən mövsümə nəzər yetərsək, "Brügge"nin 11 xalla pley-offa yüksəldiyini görə bilərik. Eyni zamanda "Dinamo"nun da eyni xalla kənarda qaldığını.
Hazırda 6 xalı olan "Qarabağ"a minimum 5,6 xal lazım olacaq. Görək, "köhlən atlar" bunu bacaracaqmı?
