AZ

​Ərdoğan müxalifət liderinə vəzifə verir?

Türkiyənin müxalif DEVA Partiyasının lideri Ali Babacanın yenidən iqtidar partiyasına qoşulacağına dair iddialar ortaya çıxıb. Babacanın AKP üzvü olandan sonra hakim komandada yer alacağı bildirilir.
Metbuat.az yerli KİV-ə istinadla xəbər verir ki, müxalifət liderinin iqtisadiyyat naziri təyin olanacağına dair iddialar son günlər daha intensiv xarakter alıb. AKP hökumətinin bu jestlə iqtidar əleyhdarlarını parçalamaq istədiyi vurğulanır. Ali Babacan məsələyə münasibət bildirib. Təcrübəli siyasətçi deyib ki, nazir olmaq fikri yoxdur:

“Mən iqtisadiyyatı deyil, ölkəni idarə etmək istəyirəm. Bunun üçün yetərincə potensialımız var. Mənim ağzımdan çıxan sözlərə inanın, dedi-qoduya yox”.

Seçilən
10
1
metbuat.az

2Mənbələr