Bakı. Trend:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanıkülli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuzdövriyyəyə buraxılmasının qarşısı alınıb.
Trend bu barədəDİN-ə istinadən xəbər veir.
Bildirilib ki, tədbir zamanı 36 yaşlı əvvəllər insan alvericinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidovsaxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmişmarixuana aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərinsatış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktlabağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.
 
                        