AZ

“Kalaşnikov” kosmik müşahidə aparatları üçün optikanın ayırdetmə qabiliyyətini artıracaq

Rusiyanın “Kalaşnikov” konserni Yer səthinin məsafədən zondlanması üçün kosmik aparatların miniatürləşdirilməsi məqsədilə optikanın ayırdetmə qabiliyyətini artıracaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

Bildirilib ki, konsernin tərkibinə daxil olan “LOMO” ASC-də “Yer səthinin məsafədən zondlanması üçün kosmik aparatların elektro-optik komplekslərinin inkişaf perspektivləri” mövzusunda texniki seminar keçirilib.

Seminarda elektro-optik avadanlıqların inkişaf tendensiyaları və perspektivləri, xüsusilə kosmik aparatların miniatürləşdirilməsi ilə paralel şəkildə onların elektro-optik sistemlərinin ayırdetmə qabiliyyətinin artırılması məsələləri müzakirə edilib. Bu yanaşma buraxılış və istismara daxilolma xərclərini azaltmağa imkan verir.

Bundan əlavə, elektro-optik avadanlıqların istehsal müddətinə və dəyərinə təsir edən amillər və risklər, həmçinin onların minimuma endirilməsi imkanları da nəzərdən keçirilib.

01

Seçilən
26
poliqon.az

1Mənbələr