AZ

Azərbaycan nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib

Astana, 31 oktyabr, AZƏRTAC

Astanada “Qazaxıstanda hər bir uşaq üçün ən yaxşı başlanğıc” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC Qazaxıstan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə Dünya Bankının, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, habelə Azərbaycan, Avstraliya, İrlandiya, Türkiyə, Moldova və Birləşmiş Krallıqdan olan ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Konfrans zamanı 2025-2027-ci illər üçün “Sətti Bastau” (“Uğurlu başlanğıc”) İdarələrarası Kompleks Planı və Milli Müraciət qəbul edilib.

Bu sənədlərə bütün uşaqların erkən inkişaf xidmətlərinə bərabər çıxışının təmin edilməsinə, səhiyyə, təhsil və sosial müdafiə sahələrində idarələrarası əməkdaşlığın gücləndirilməsinə, rəqəmsal və dövlət xidmətləri vasitəsilə valideyn dəstəyinin inkişaf etdirilməsinə, müəllimlərin və mütəxəssislərin ixtisaslarının artırılmasına və sektora yeni texnologiyaların və modellərin tətbiqinə yönəlmiş konkret tədbirlər daxildir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
9
2
azertag.az

3Mənbələr