AZ

Qasırğa çoxsaylı insanın ölümünə səbəb olub

Qasırğa

“Melissa” qasırğası Yamayka və Haitidə demək olar ki, 50 nəfərin həyatına son qoyub.

Reyting.az
“Associated Press”-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Yamaykada 19, Haitidə 30 nəfər həlak olub. Hər iki ölkənin xilasediciləri bildirirlər ki, axtarış-xilasetmə işləri hələ başa çatmadığı üçün qurbanların sayı arta bilər.

“EFE” agentliyi Haitidə daha 18 nəfər itkin düşdüyünü yazır. Minlərlə insan isə ölkənin cənub və cənub-şərq bölgələrindəki evlərindən təxliyə olunduqlarına görə müvəqqəti sığınacaqlarda qalır.

Yamayka Energetika Nazirliyi məlumat verib ki, təxminən 500 min nəfər hələ də elektriksizdir, həmçinin telefon rabitəsində problemlər müşahidə olunur. Qasırğa ölkənin infrastrukturuna əhəmiyyətli zərər vurub.

Kubada da xilasedicilər fəlakətin nəticələrini aradan qaldırmaqla məşğuldurlar. Hələlik orada ölənlər barədə məlumat yoxdur, lakin bir çox bölgələr su altında qalıb, evlər və digər binalar zədələnib. Ümumilikdə, Kubanın şərq hissəsində 730 mindən çox insan təxliyə edilib.

Hazırda “Melissa”ya Saffir-Simpson şkalası üzrə ikinci kateqoriya verilib. Qasırğanın maksimal davamlı külək sürəti təxminən 165 km/saatdır. Onun epimərkəzi Bermud adalarından 420 km qərbdə yerləşir.

V. QULİYEV
Seçilən
14
reyting.az

1Mənbələr