AZ

İstanbul danışıqlarıda Pakistanla yenidən görüşmək qərarı verildi Əfqanıstan hökuməti

ain.az, Bizimyol saytına istinadən bildirir.

Əfqanıstan hökuməti Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqlar zamanı Pakistanla həll olunmamış məsələlərin həlli üçün yenidən görüşmək barədə razılığa gəlindiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid "X" sosial media platformasında yayımlanan paylaşımda ölkəsi ilə Pakistan arasında 25-30 oktyabr tarixlərində İstanbulda keçirilən görüşlər barədə yazıb.

Mücahid Pakistanla qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və etimada əsaslanan müsbət münasibətlər inkişaf etdirməyi hədəflədiklərini vurğuladı. O, mübahisələrin həllində diplomatiya və qarşılıqlı anlaşmaya üstünlük verdiklərini bildirərək: "Mürəkkəb olan İstanbul danışıqları tərəflərin həll olunmamış məsələləri müzakirə etmək üçün yenidən görüşmək barədə razılığa gəlməsi ilə başa çatdı", - deyib.

Əfqaıstan hökumətinin sözçüsü həmçinin danışıqlarda vasitəçilik etdiyinə görə Türkiyə və Qətərə minnətdarlığını bildirdi.

Pakistan və Əfqanıstan arasında sərhəd toqquşmalarından sonra 15 oktyabrda elan edilən 48 saatlıq atəşkəs, Türkiyə və Qətərin dəstəyi ilə Qətərin paytaxtı Dohada keçirilən danışıqların bitməsinə qədər uzadılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Dohada keçirilən danışıqlarda Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.

Danışıqların əsas gündəliyi "mövcud atəşkəsin uzadılması və son sərhəd toqquşmalarının həlli" olub və tərəflər bu məsələlərdə razılığa gəldilər. Dohada 14 saat davam edən danışıqlardan sonra atəşkəsin təfərrüatlarını dəqiqləşdirmək üçün texniki komitənin ilk iclasının İstanbulda keçirilməsi qərara alındı.

Pakistan mediasının məlumatına görə, Pakistan və Əfqanıstan nümayəndə heyətləri bu məqsədlə 25 oktyabrda İstanbulda görüşdülər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr