AZ

Latviya İstanbul Konvensiyasından çıxır: Seym qanun layihəsini dəstəkləyib

ain.az, Ayna saytına istinadən bildirir.

“İstanbul Konvensiyasının müddəaları ənənəvi ailə dəyərlərinə ziddir”

Latviya Seymi (parlament) qadınları zorakılıqdan qorumağı hədəfləyən Avropa Şurasının İstanbul Konvensiyasından çıxmaq üçün səs verib. Bu barədə AYNA.AZ “Delfi” portalına istinadən bildirir.

Seym bu məsələni 12 saatdan çox müzakirə edib. Ləğv təşəbbüsünü müxalifət partiyaları Birləşmiş Siyahı, Milli Alyans, Sabitlik, Latviya Birinci, Yaşıllar və Fermerlər Birliyindən olan deputatlar dəstəkləyib.

Konvensiyadan çıxmağa səs verən parlamentarilər bildiriblər ki, “İstanbul Konvensiyasının müddəaları ənənəvi ailə dəyərlərinə ziddir, çünki sənəddə "gender" bioloji cins kimi deyil, sosial konstruksiya kimi müəyyən edilir”.

Bundan əvvəl Almaniya, Fransa, Birləşmiş Krallıq və digər 12 ölkənin diplomatları Seymə qanun layihəsi ilə bağlı narahatlıqlarını bildirən məktub göndəriblər.

Latviya Prezidenti Edqars Rinkeviçin qanunu imzalamaq və ya yenidən baxılması üçün parlamentə qaytarmaq üçün on günü var.

İstanbul Konvensiyası 2011-ci ildə imzalanıb və 2014-cü ildə qüvvəyə minib. Sənəd üzv dövlətləri qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə məcbur edir. Konvensiya 39 Avropa ölkəsi, eləcə də Gürcüstan tərəfindən ratifikasiya edilib. Bu günə qədər Türkiyə Konvensiyadan çıxan yeganə ölkə olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
ayna.az

1Mənbələr