AZ

Deputat nazirliyi qınadı Məktəb direktorlarının təyinatı ilə bağlı

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ölkə Prezidenti İlham Əliyevin təhsilə nə qədər böyük önəm verdiyini izah etmək üçün açılan məktəblərin sayına diqqət etsək, bu yetərli olar. Amma təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamımızı narahat edir".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugunku plenar iclasında çıxış edərək, deyib.

Onun sözlərinə görə, hər bir məktəbin əsas siması məktəbin direktorudur: "Elə universitetin də siması onun rektorudur. Direktorun xarakteri kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir, orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir. Azərbaycanda bu gün Təhsil Nazirliyinin də etiraf elədiyi kimi 600 məktəbdə direktor vəzifəsi boşdur. Yəni 600 məktəbin siması görünməməkdədir. Və direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkədir, burada çox sayda da məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki, bu qədər testdən, bu qədər mərhələdən keçməli? İki yerə bölünür: 500 nəfərədək olan məktəblərdə bir prosedur gedir, oranı məktəb direktoru müavinləri, belə məktəb müəllimləri arasından müsabiqə yolu ilə seçilir. 500-dən çox olanda isə üç mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır və heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Və bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Bu bir ümummilli problem olduğuna görə mən dilə gətirirəm".

Samir 

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
mia.az

1Mənbələr