AZ

Azərbaycan millisinin sabiq üzvü uşaq futbol məktəbi açdı

Azərbaycan millisinin sabiq oyunçusu, "Şahdağ Qusar" klubunun prezidenti Rahid Əmirquliyev yeni uşaq futbol məktəbi açmağı qərara alıb.

Bu barədə Fanat.Az-a veteran futbolçu özü məlumat verib. 

"Rahid Əmirquliyev Futbol Akademiyası" bazar ertəsi - 3 noyabrdan fəaliyyətə başlayacaq. Məşqlər "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığındakı "Asfar"a məxsus meydançada olacaq. Artıq 6-16 yaşlılar arasında seleksiya məşqlərinə start verilib. Futbol məktəbi ödənişli olacaq. 

Məşqçilərə gəlincə, azyaşlılara futbolun sirlərini millinin sabiq oyunçusu özü, o cümlədən "Şahdağ Qusar"ın çalışdırıcısı Elnur Abdullayev öyrədəcəklər.

Mirağa

Seçilən
10
1
fanat.az

2Mənbələr