
“Hazırda Qarabağa qayıtmaq məsələsi əslində təhlükəsizlik məsələsidir."
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyanın spikeri Alen Simonyan müxalifətin ittihamlarına cavab verərkən deyib.
"Qarabağın qaytarılması mövzusunu bu gün öz bayrağına çevirən o kütlə həmin insanların təhlükəsizliyini təmin etməyə hazırdırmı? İndi kimsə deyə bilərmi ki, onlar ermənilərin Qarabağdakı istənilən yaşayış məntəqəsinə təhlükəsiz qayıtmasına zəmanət verə bilərlər?", - deyə siyasətçi vurğulayıb.
Simonyan qeyd edib ki, bəlkə də belə bir fürsət gələcəkdə yaranacaq, sadəcə olaraq indi bu mümkün deyil.
Daşqın HəsənovMissiya.Az