AZ

“Kəpəz” “Neftçi”nin qapıçısını transfer etmək İSTƏYİR

"Kəpəz" qapıçı problemini həll etməyə yaxındır. 

Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi diqqətini yenidən "Neftçi"nin qolkiperi Rza Cəfərova yönəldib.

"Kəpəz" daha əvvəl də, daha dəqiq desək, mövsümün startı ərəfəsində Cəfərov üçün "Neftçi"yə rəsmi təklif göndərmiş, lakin razılıq əldə olunmamışdı. 

Qeyd edək ki, Rza bu mövsüm "Neftçi"də forma şansı əldə edə bilmir və paytaxt klubundan ayrılma ehtimalı çoxdur. Onun qışda "Kəpəz"ə icarəyə veriləcəyi real görünür.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr