Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Komi Respublikasından olan bir şəxsi Belqoroda gedən qatarda saxlayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, o, Ukraynaya keçərək Rusiyaya qarşı döyüşmək niyyətində olub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Musavat.com-un şərhi: Göründüyü kimi, artıq Rusiya vətəndaşları belə Putin rejimindən beziblər və etiraz əlaməti olaraq Ukraynaya gedib öz ölkələrinə qarşı vuruşmağa razı olurlar. Bu fakt, Rusiyada artan daxili narazılığın və sistemə qarşı inamsızlığın göstəricisidir.
Musavat.com RİA Novosti-nin hazırladığı xüsusi video süjetlə bu məlumatı təqdim edir.
Musavat.com