İranın XİN başçısı Abbas Əraqçı Azərbaycanla quru sərhədlərin açılması məsələsi barədə danışıb.
Tribunainfo.az xəbər verir ki, o, Bakı ilə davamlı olaraq bu mövzuda müzakirələr apardıqlarını deyib.
Əraqçı bildirib ki, sərhədin açılması Azərbaycanla əlaqələrdə əsas məsələlərdən biridir. “Son bir ildə ölkə prezidentinin Azərbaycan Prezidenti ilə keçirdiyi hər görüşdə və ya mənim iki ölkənin xarici işlər naziri ilə keçirdiyi görüşlərdə quru sərhədlərin açılması məsələsi qaldırılıb. Azərbaycan iddia edir ki, təkcə İran deyil, öz ölkələrinin bütün sərhədləri bağlıdır. Bununla belə, Azərbaycan məsələni nəzərdən keçirəcək. Biz hələ də gözləyirik”.
Fərda Uğur
 
                        