ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin sevilən serialı “Kızılcık Şerbeti”ndə bir sıra ayrılıqlar yaşanacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Serialın baş obrazları “Doğa” və “Mustafa”ya həyat verən Sıla Türkoğlu ilə Emrah Altıntoprakın layihəyə vida edəcəyi iddia olunub.
Bildirilib ki, “Kızılcık Şerbeti”nin Melis Civelek və Zeynep Gür tərəfindən yazılan ssenarisində böyük dəyişikliklər olacaq, bir-birinin ardınca ayrılıqlar baş verəcək və bəzi sirlər açılacaq. Bununla da Firaz rolunu canlandıran Batuhan Bozkurt Yüzgüleç və Işıl rolundakı Ece İrtemin serialdan ayrılacaq.
Qeyd edək ki, serialın baş rollarını Sıla Türkoğlu ilə Doğukan Güngör canlandırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.