AZ

Lökbatanda qəza: “Hyundai” və “Chevrolet” toqquşdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 30-da səhər saatlarında 28 May küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın, “Chevrolet” markalı avtomobillə toqquşub. Qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr