AZ

Banklar MAX-a keçməkdən imtina edib – Rusiyada

Rusiya bankları “Telegram” və “WhatsApp”da müştərilərlə əlaqəni faktiki olaraq dayandırsa da, “Max” milli mesencer proqramına keçməkdən kütləvi şəkildə imtina edir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Vedomosti” qəzeti “Naumen” analitiklərinin məlumatlarına istinadən yazıb.

Rusiyanın 79 ən iri bankı arasında aparılan sorğunun nəticələrinə görə, hökumətin bu cür qarşılıqlı əlaqəyə qadağa qoymasından sonra “Telegram”da müştərilərlə əlaqə saxlayanların payı 73%-dən 6%-ə, “WhatsApp”dakı payı isə sıfıra enib.

Yalnız bir bank – dövlətə məxsus VTB kommunikasiyanı “Max”a keçirib. Qalanları tətbiqdaxili çatlar, electron poçtu, veb sayt formaları və ya sosial media platformaları (VK və “Odnoklassniki”) vasitəsilə vətəndaşlarla əlaqə saxlayır.

VK Holdinq bu ilin mart ayının sonunda “Max”ın beta versiyasını buraxıb. Hakimiyyətə görə, platforma “Dövlət xidmətləri” daxil olmaqla rəqəmsal ekosistem xidmətlərinə çıxış təmin edir. İyun ayından etibarən rusiyalılar məcburi olaraq “Max”a keçmək məcburiyyətində qalıblar.

“Verstka” nəşri mənbələrə istinadən avqust xəbər verirdi ki, Prezident Administrasiyası bütün səviyyələrdə məmurlara və parlament üzvlərinə “Max”a köçürməyi əmr edib. Bunun ardınca Təhsil Nazirliyi “Sferum” təhsil platformasının məktəblər və kolleclər üçün “Max”a məcburi köçürülməsini elan etdi. Bu isə valideynlər, müəllimlər və tələbələr arasında yalnız bu xidmət daxilində ünsiyyətə imkan veriləcəyini nəzərdə tuturdu.

Keçən həftə Yekaterinburqun Polzunov adına Kollecinin tələbələri bildiriblər ki, məktəb rəhbərliyi onları öz cihazlarına “Max”ı quraşdırmağa məcbur edir və imtina edənləri kollecdən qovmaqla hədələyir. Tələbələrin sözlərinə görə, kollecin kafedralarından birinin müdiri tələbələri auditoriyaya yığaraq onlara dövlət servisinə qoşulmağı əmr edib. İmtina edənlər onun diktəsi ilə şəxsi arzuları ilə kollecdən çıxmaq barədə ərizə yazmağa məcbur ediliblər.

Xatirə SADİQ

Seçilən
10
nocomment.az

1Mənbələr