AZ

“Həmiltona verilən cəza ədalətli deyildi”

Keçmiş “Formula-1” ulduzu Ralf Şumaxer Meksika Qran-Prisində baş verən insidentlə bağlı “Ferrari” sürücüsü Lüis Həmiltonu müdafiə edib.

 90deqiqe.Az xəbər verir ki, Verstappenlə gərgin dueldə səhvə yol verən Həmiltona 10 saniyəlik cəza verilmişdi. Lakin Şumaxerin fikrincə, qərar çox sərt idi:

“Məncə, Hemilton yaxşı yarış keçirdi, amma Ferstappenlə döyüşdə bir neçə impulsiv hərəkət etdi. Bununla belə, sürücünü o dar asfalt zolaqda saxlamaq nə qədər məntiqlidir? Ora çox sürüşkəndir. Lüis bunu qəsdən etmirdi, sadəcə trasa qayıtmaq üçün bütün gücünü sərf edirdi.”

Şumaher hesab edir ki, bu hissədə trasın quruluşu dəyişdirilməlidir:

“Dördüncü və beşinci döngə arasındakı hissə asfaltlanmalı, oradakı incə ot zolağı ləğv edilməlidir. Onsuz da o sahə çox dardır. Belə vəziyyətdə Hemiltona verilən cəza, məncə, olduqca sərt idi.”

Seçilən
23
90deqiqe.az

1Mənbələr