AZ

Xaltanlı Tağı barədə kitab çap olundu

BAKI, 31 oktyabr. TELEQRAF

“Mücrü” nəşriyyatında araşdırmaçı-yazar Tahir Həsənlinin “Haqdan yanan çıraq” kitabı çap olunub.

Teleqraf xəbər verir ki, kitabda VIII əsrin sonu - XIX əsrin ortalarınadək Quba və Dərbənd xanlıqlarında baş verən ictimai-siyasi hadisələr fonunda tarixi şəxsiyyətlərlə yanaşı, görkəmli el sənətkarı, Şirvan aşıq məktəbinin yaradıcısı Xaltanlı Tağının (1798-1873) həyat yolu işıqlandırılıb.

Əsərdə Xaltanlı Tağı ilə görüşmüş bir sıra tarixi şəxsiyyətlər - A. Bakıxanov, Şeyx Şamil, Dağıstan xalqlarının l imamı Qazi Məhəmməd, onların müəllimi Məhəmməd Yaraqlı, Mövlanə Şeyx İsmayıl Siracəddin Şirvani, qaçaq Molla Nur və başqalarına da yer verilib.

Kitab maddi çətinliyə görə az tirajla nəşr olunub.

Seçilən
14
teleqraf.com

1Mənbələr