AZ

Monteneqroda sərbəst buraxılan həmyerlimiz belə qarşılandı Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, İTV Y.Qurbanovun sərbəst buraxıldığı anın videosunu yayımlayıb.

Videoda həmyerlilərimizin sevinc görüntüləri yer alıb.

Qeyd edək ki, polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, oktyabrın 25-i Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
27
qafqazinfo.az

10Mənbələr