AZ

İnqilab Məmmədova “stop” AFFA hərəkətə keçdi!

ain.az, sport24.az saytına istinadən bildirir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker hakim İnqilab Məmmədovu cəzalandırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, buna ədalət təmsilçisinin Misli Premyer Liqasının VIII turunda keçirilmiş "İmişli" - "Qəbələ" (2:2) oyununda kobud səhvə yol verməsi səbəb olub."İmişli"nin müdafiəçisi Ronaldo de Souza 59-cu dəqiqədə "Qəbələ"nin təhlükəli hücumunun qarşısını əllə alıb.Buna baxmayaraq, matçın baş hakimi İnqilab Məmmədov "İmişli"nin braziliyalı legionerinə vərəqə göstərməyib. Bu hadisədən sonra Məmmədov IX və X tur matçlarına təyinat ala bilməyib. Böyük ehtimalla, ona qarşıdakı həftələrdə də etimad göstərilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
sport24.az

1Mənbələr