Bakıda 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaqcəhdi qarşısı alınıb – reklam banerləri arxasında gizlədilmişqanunsuz işlər dayandırılıb.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininəməkdaşları tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsinQorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgəaparılan şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsindəqanunvericiliyin kobud pozuntuları aşkarlanıb.
Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olanqeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarlarazılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. BakıŞəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərindayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləriəvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davametdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.
Bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddimüdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektəzərər vurur.
İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərinnəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusufaktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütünmülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıqgörkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyinkobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsindəqanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.
