AZ

Spaletti "Yuventus"un tarixinə düşdü

“Yuventus”un baş məşqçisi təyin olunan Luçano Spaletti klubun tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis Turin nəhənginin tarixində ən yaşlı məşqçi olub. 

Məlumatı “Football-Italia” yayıb. Mənbənin hesablamasına görə, bundan əvvəlki rekordçu digər italiyalı məşqçi Mauritsio Sarri idi.

Spaletti "ağ-qaralar"la gələn yaya qədər müddətə müqavilə imzalayıb.

"Yuventus" hazırda 15 xalla A Seriyasının turnir cədvəlində 7-ci yerdədir. Turin klubu birinci pillədəki "Napoli"dən 6 xal geri qalır.

Mirağa

Seçilən
22
1
fanat.az

2Mənbələr