"Qarabağ" ilə İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun oyununa bilet satışı davam edir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq 27250 bilet alınıb.
Bilet satışına ötən gün start verilib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.