AZ

Diplomatik mənbə Monteneqrodakı azərbaycanlının vəziyyəti haqqında: O azadlıqdadır və məhkəmədə müdafiə olunacaq

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Monteneqronun Podqoritsa şəhərində baş vermiş hadisə ilə əlaqədar əvvəllər saxlanılan Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

BAKU.WS xəbər verir ki, bu məlumatı report-a diplomatik mənbə təsdiqləyib.

"O azadlıqdadır və məhkəmədə müdafiə olunacaq", - mənbə bildirib.

Hadisə ilə bağlı məhkəmə iclasının tarixi hələ təyin edilməyib.

Bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub. Bundan sonra bir neçə nəfər polis tərəfindən saxlanılmışdı.

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən isə bildirilmişdi ki, bununla bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
baku.ws

2Mənbələr