AZ

Paolo Von Şirah: ABŞ ın nüvə sınağı keçirməsi nüvə müharibəsi ehtimalının artması anlamına gəlməməlidir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton, 31 oktyabr, AZƏRTAC

Prezident Donald Trampın Amerika Birləşmiş Ştatlarının nüvə silahlarının sınaqlarını bərpa edəcəyi ilə bağlı açıqlaması gözlənilməz oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

O bildirib ki, bu, nüvə müharibəsinin baş verməsi ehtimalının artması anlamına gəlməməlidir.

Paolo Von Şirahın sözlərinə görə, əsas arqument ondan ibarətdir ki, nüvə silahlarının sınaqdan keçirilməsi onların etibarlılığını yoxlamaq üçündür.

“Onların həqiqətən işlədiyinə əmin olmaq çəkindirməni gücləndirir, yəni, açıq-aydın düşmən niyyətləri olanlara çatdırır ki, bəli, nüvə arsenalımız müasirdir və sınaqdan keçirilib. Buna görə də münaqişə baş verərsə, partlamayan, nasaz raketlər olmayacaq, çünki sınaqdan keçirməklə yaxşı işləyən nüvə arsenalının etibarlılığını təmin edirik. Unutmayaq ki, mövcud mühitdə nüvə arsenalları çəkindirmə ilə bağlıdır, yəni bu, düşməni ABŞ-a hücum etməkdən çəkindirmək deməkdir. Biz düşünürük ki, sülhü qoruyan da elə budur”, - deyə amerikalı ekspert əlavə edib.

O deyib ki, ABŞ-ın çoxlu nüvə silahı var, lakin bunu məqsədi onlardan istifadə etmək deyil.

“Lakin Amerikanın yeni silah yarışına təkan verməyə hazır olması dünyanı daha qeyri-sabit edir. Çünki əgər Amerika bunu edərsə, Çin də, Rusiya da bunu edəcək və dünya daha da qeyri-sabit yerə çevriləcək. Bu o deməkdir ki, nüvə silahları ilə qlobal müharibə ehtimalı daha yüksək olur. Hazırda düşünmürəm ki, burada xüsusilə qeyri-adi nəsə var, amma yenə də bu addımı atmamaq ənənəsi pozulur. İndi Rusiya və Çin də daxil olmaqla, digər böyük nüvə güclərinin necə cavab verəcəyini görmək maraqlı olacaq”,- deyə Paolo Von Şirah bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr