AZ

Komrat Dövlət Universitetinin rektoru: Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığın inkişafında maraqlıyıq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Kişineu, 31 oktyabr, AZƏRTAC

Komrat Dövlət Universiteti Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığın inkişafında maraqlıdır və bu istiqamətdə birgə layihələrə açıqdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Komrat Dövlət Universitetinin rektoru Sergey Zaxariya Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri ilə görüşündə söyləyib. Sergey Zaxariya belə görüşlərin qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına, xarici tələbələrin universitetə və regiona marağının artmasına töhfə verdiyini qeyd edib. Rektorun sözlərinə görə, universitet tələbələrin dəstəklənməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslərə hər zaman açıqdır.

Diaspor nümayəndələri mədəni-humanitar əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayaraq, gənclərə hərtərəfli dəstək verməyə, beynəlxalq əlaqələrin genişlənməsinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.

Dostluq və konstruktiv şəraitdə keçən görüşdə əməkdaşlıq perspektivləri, gələcək planlar və tələbələrə akademik, peşəkar və sosial fəaliyyətlərində dəstək olmaq imkanları müzakirə olunub. Görüşdə iştirak edən azərbaycanlı tələbələr Moldovada həyat və təhsil haqqında təəssüratlarını bölüşüb, Komrat Dövlət Universitetindəki rahat şəraiti və açıq, mehriban mühiti qeyd ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
azertag.az

1Mənbələr