AZ

Trampın Putinlə görüşü niyə təxirə salındı? FT

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp, Budapeştdə Rusiya lideri Vladimir Putinlə planlaşdırılan görüşü, Moskvanın Vaşinqtona Ukrayna məsələsi ilə bağlı tələbləri ehtiva edən bir memorandum göndərməsindən sonra təxirə salıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat verib.

Məktub, ABŞ və Rusiya liderləri arasında 16 oktyabrda baş tutan telefon danışığından bir neçə gün sonra göndərilib. Rusiya Xarici İşlər Nazirliyi memorandumda Ukrayna münaqişəsinin həlli üçün Kiyevdən ərazi güzəştləri, Ukrayna Silahlı Qüvvələrinin sayının kəskin şəkildə azaldılması və Ukraynanın NATO-ya üzv olmasının qadağan edilməsi kimi tələblər irəli sürüb.

Qəzetin verdiyi məlumata görə, Vaşinqtonda Rusiyanın mövqeyinin məhsuldar müzakirələrə açıq olmadığına dair şübhələr artıq sentyabr ayında yaranıb, ABŞ Dövlət Katibi Marko Rubionun və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun BMT Baş Assambleyası zamanı keçirdikləri görüşdən sonra bu narahatlıqlar artıb.

Tramp hələ də Rusiya ilə müzakirələrə açıq olduğunu bildirir, amma hazırda Ukrayna məsələsində sərt mövqeyini yumşaldıb və münaqişə ilə bağlı "müdaxilə etməmək" niyyətini bildirib. Bu, xüsusilə prezident Zelenskinin Vaşinqtona səfəri zamanı hiss olunub, çünki Trampın Ukraynaya "Tomahawk" raketləri göndərməyə razılıq verməsi gözlənilirdi, amma bunu etmədi.

Eyni zamanda, Trampın Rusiya ilə bağlı mövqeyi yumşaldığı halda, 30 oktyabrda ABŞ, Rumıniyada yerləşən rotasiyalı briqadanı və digər hərbi bölmələri geri çağırıb. Bu qərar, Avropa siyasətçiləri tərəfindən "Rusiyanın Ukraynaya hücumlarını artırması üçün dəvət" olaraq qiymətləndirilib.

Trampın Çinlə görüşdə də yumşaq mövqe tutduğu bildirilir. O, Çinə qarşı heç bir tələblə çıxış etməyib, o cümlədən Rusiya neftinin alınmasına dair Hindistana verdiyi təzyiqləri Çinlə müzakirə etməyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr